DYP-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz avtomobillərlə yola çıxmamağa çağırıb.
hadiseler.info xəbər verir ki, bu barədə qurumdan məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə ərazisində mövsüm üçün xarakterik olan yağışlı və dumanlı hava şəraiti müşahidə olunur ki, bu amillər də yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, eləcə də çiskinli hava yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən artacağını nəzərə alan Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxan sürücülərə aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edib:
Əlverişsiz havalarda daha diqqətli olmaq, sürət həddini real yol və hava şəraitinə uyğun nəzarətdə saxlamaq.
Nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan qəti şəkildə çəkinmək.
Dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
No Comment! Be the first one.