Azərbaycan XİN İordaniyadakı kilsəyə silahlı hücumu pisləyib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İordaniyanın Kərək şəhərində kilsəyə edilən silahlı hücumu qətiyyətlə pisləyib və ölkənin hökumətinə, xalqına başsağlığı verib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi sosial şəbəkə hesabında paylaşım edilib.
Nazirliyin yaydığı bəyanatda ibadət yerlərinə qarşı törədilən zorakılıq və mülki şəxsləri hədəf alan hücumların qəbuledilməz olduğu vurğulanıb. Azərbaycan İordaniya dövləti ilə həmrəyliyini ifadə edərək, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralananların isə tezliklə şəfa tapmalarını arzulayıb.
Xatırladaq ki, İordaniyanın Kərək vilayətində yerləşən yunan pravoslav kilsəsində dəfn mərasimi zamanı naməlum şəxs tərəfindən silahlı hücum təşkil olunub. Hücum nəticəsində 7 nəfər həlak olub, 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. İordaniyanın rəsmi qurumları tərəfindən hadisə ekstremistlər tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirilib və ölkədə üç günlük milli matəm elan edilib.
No Comment! Be the first one.