Eboladan ölənlərin sayı 4 757 nəfərə yüksəldi
Konqoda Ebola qızdırmasına yoluxma və ölüm halları artmağa davam edir.
hadiseler.info xəbər verir ki, bu barədə ölkənin Kommunikasiyalar və KİV Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, virusa qarşı cavab tədbirləri ölkənin 8 əyalətində və 66 tibbi rayonunda davam etdirilir. Konqoda təsdiqlənmiş yoluxma hallarının sayı 9 816-ya yüksəlib. Onlardan 2 635 nəfər sağalıb, 4 757 nəfər isə həyatını itirib. Bildirilib ki, kontaktların izlənilməsi göstəricisi 89,1%-ə çatıb.
Eyni zamanda, Keniyanın Səhiyyə Nazirliyi Eboladan növbəti ölüm faktını qeydə alıb – 65 yaşlı qadın virusun qurbanı olub.
No Comment! Be the first one.