Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Azərbaycanın şanlı Vətən müharibəsində əldə etdiyi tarixi qələbələrdən biri olan Qubadlı şəhərinin erməni işğalından azad olunmasından altı il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni qəhrəmanlıq səhifəsi yazıb.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin gün rəsmi “X” hesabında xalqımızın torpaq itkisi kədərini azadlıq sevinci ilə əvəzləyən müjdəni paylaşıb. Ölkə başçısı rəşadətli Azərbaycan Ordusunun Zəngilanın dörd, Cəbrayılın beş, Qubadlının yeddi kəndi ilə yanaşı, Qubadlı şəhərini də işğalçılardan azad etdiyini elan edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı şəhər günü kimi təntənə ilə qeyd olunur.
No Comment! Be the first one.