Qazaxıstanda sürücü avtomobillə supermarketə girdi- VİDEO
Qazaxıstanda qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, Qazaxıstanın Almatı vilayətinin Boraldai qəsəbəsində qadın sürücü idarə etdiyi avtomobili birbaşa supermarketin satış zalına sürüb. Qəza nəticəsində mağazanın rəfləri dağılıb, müxtəlif məhsullar yerə səpələnib.
Şahidlərin sözlərinə görə, sürücü hadisə zamanı qəfil tutma keçirdiyini bildirib. Lakin qadının səhhətində əslində hansı problemin yarandığı hələlik dəqiq məlum deyil. Yerli polis sürücünü inzibati məsuliyyətə cəlb edib.
Hadisə yerindən yayılan kadrlarda heyvan məhsulları şöbəsinin lövhəsinin altında dayanmış qara rəngli “Citroen” markalı avtomobil görünür. Döşəməyə isə kağız dəsmallar, dəftərxana ləvazimatları və digər mallar səpələnib
No Comment! Be the first one.