Polşanın Lublin hava limanında reyslər gecikir
Polşanın Ukrayna sərhədinə yaxın Lublin şəhərinin beynəlxalq hava limanında hərbi aktivliklə əlaqədar olaraq uçuşlarda gecikmələr və ləğvlər qeydə alınır.
hadiseler.info xəbər verir ki, bu barədə aviadispetçer xidmətlərindəki mənbə “TASS” agentliyinə məlumat verib. Mənbənin sözlərinə görə, tətbiq edilən məhdudiyyətlər həm təyyarələrin enişinə, həm də uçuşuna təsir göstərə bilər. Hərbi aktivliyin detalları açıqlanmasa da, xəbərdarlığın hava məkanından istifadə edən bütün tərəflərə ünvanlandığı bildirilib.
Hazırda Lublin ərazisində Polşa hava məkanından keçərək üçüncü ölkələrə uçan mülki təyyarələrin tranzit hərəkəti həyata keçirilmir. Məhdudiyyətlərin Moskva vaxtı ilə təxminən saat 09:30-dək qüvvədə olacağı nəzərdə tutulur.
No Comment! Be the first one.