Bu gün “Qarabağ” – “Sabah” baş tutacaq
Bu gün Azərbaycan Misli Premyer Liqasında IX tura yekun vurulacaq və turun mərkəzi matçında lider “Sabah” doğma meydanda “Qarabağ”la qarşılaşacaq.
hadiseler.info xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün böyük əhəmiyyət daşıyan görüş Mərdəkanda yerləşən “Sabah Arena”da baş tutacaq və saat 18:00-da start götürəcək. Hazırda “Sabah” 19 xalla turnir cədvəlinin ilk pilləsində, 7 oyun keçirmiş “Qarabağ” isə 17 xalla 3-cü sırada qərarlaşıb. Matçın baş hakimi Rəşad Əhmədovdur.
Günün digər qarşılaşmasında isə saat 15:00-da Yevlax şəhər stadionunda “İmişli” və “Şamaxı” komandaları üz-üzə gələcək.
No Comment! Be the first one.