Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib
Azərbaycanda ali təhsil müəssisəsinin tanınmış müəllimlərindən biri dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin “Ədəbiyyat və kitabxanaçılıq” kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılov vəfat edib. Onun ölüm səbəbi barədə hələlik məlumat verilməyib.
Qeyd edək ki, 1960-cı ildə anadan olan Nadir İsmayılov 1981–1986-cı illərdə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1977-ci ildən başlayan o, müxtəlif təhsil müəssisələrində müəllim və məktəb direktoru vəzifələrində çalışıb. Nadir İsmayılov 1996–2007-ci illərdə Naxçıvan Dövlət Universitetində Ədəbiyyat kabinəsinin müdiri, 2007-ci ildən müəllim, 2010-cu ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərib. O, uzunillik pedaqoji fəaliyyəti ilə gənc nəslin təlim-tərbiyəsinə və universitetin elmi-pedaqoji həyatına mühüm töhfələr verib.
No Comment! Be the first one.