Eldəniz Əzizli karyerasında beşqat dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında növbəti dəfə qızıl medala sahib çıxıb.
hadiseler.info xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu idmançımız həlledici final qarşılaşmasında iranlı rəqibi Payam Əhmədi ilə üz-üzə gəlib.
Gərgin keçən görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu qələbə ilə Eldəniz Əzizli dünya çempionatlarında beşinci dəfə qızıl medala layiq görülərək beşqat dünya çempionu adını qazanıb.
Xatırladi və qeyd edək ki, güləş üzrə dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.
No Comment! Be the first one.