Azərbaycan güləşçisi dünya çempionatının FİNALINA YÜKSƏLDİ
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.
hadiseler.info xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda rusiyalı güclü rəqib – Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Gərgin keçən qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə rəqibini üstələyərək həlledici mərhələyə adlayıb. O, sabah qızıl medal uğrunda xalçaya çıxacaq.
Yarımfinal mərhələsində məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə mübarizəni bürünc medal uğrunda görüşdə davam etdirəcək.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionatının qızıl medallarına sahib çıxıblar. Astanada keçirilən dünya çempionatı noyabrın 1-də başa çatacaq.
No Comment! Be the first one.