Çingiz Aytmatovun bacısı dünyasını dəyişdi
Dünyaca məşhur qırğız və sovet yazıçısı Çingiz Aytmatovun kiçik bacısı Roza Aytmatova Qırğızıstanda 90 yaşında vəfat edib.
hadiseler.info xəbər verir ki, bu barədə Çingiz Aytmatov Fondu məlumat yayıb.
1937-ci il martın 8-də anadan olan Roza Aytmatova Qırğızıstan Qadın Pedaqoji İnstitutunun Fizika-Riyaziyyat fakültəsini bitirib və dissertasiya müdafiə edərək fizika-riyaziyyat üzrə doktorluq dərəcəsi alıb. Uzun illər elm və təhsil sahəsində fəaliyyət göstərən mərhum Qırğızıstan Elmlər Akademiyasında çalışıb, Pedaqoji Universitetdə fizika fənnini tədris edib və 200-dən çox elmi-metodiki əsərin müəllifi olub.
Elmin və təhsilin inkişafındakı xidmətlərinə görə 2011-ci ildə “Dank” (Şöhrət) medalı, 2019-cu ildə isə 3-cü dərəcəli “Manas” ordeni ilə təltif edilib, həmçinin Respublikanın Əməkdar Təhsil İşçisi adını qazanıb. O, həmçinin 1996-cı ildə “Qadınlara Yardım Mərkəzi” ictimai təşkilatını təsis edib.
Xatırladaq ki, yazıçı Çingiz Aytmatov özü 2008-ci ilin yayında 80 yaşına altı ay qalmış Almaniya klinikasında vəfat etmişdi.
No Comment! Be the first one.