Lamin Yamal “Qızıl top”un gənc ulduz mükafatını qazandı
İspaniyanın “Barselona” klubunun və milli komandasının hücumçusu Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu seçilib.
hadiseler.info xəbər verir ki, bu barədə Londonda keçirilən 70-ci “Qızıl top” (Ballon d’Or) mükafatlandırma mərasimində elan olunub.
19 yaşlı istedadlı hücumçu bu mükafatı üst-üstə üçüncü dəfə qazanaraq nadir rekorda imza atıb. Qadınlar arasında ilin ən yaxşı gənc futbolçusu adını isə “Barselona”nın digər üzvü Viki Lopes qazanıb.
Qeyd edək ki, yubiley xarakterli 70-ci təntənəli təqdimat mərasimi Londonun “Palladium” teatrında baş tutur. Mükafat tarixində ilk dəfə Fransadan kənarda təşkil edilib. Londonun seçilməsi 1956-cı ildə “Qızıl top”un ilk sahibi olmuş ingiltərəli əfsanəvi futbolçu Stenli Metyuzun xatirəsinə hörmət əlamətidir.
Hər il Fransanın “France Football” jurnalı tərəfindən təqdim olunan ən nüfuzlu fərdi mükafatın əsas kateqoriyasında 2025-ci ildə Fransanın PSJ klubunun hücumçusu Usman Dembele qalib gəlmişdi. Mükafat tarixinin mütləq rekordçusu isə 8 “Qızıl top” sahibi Lionel Messidir. Xatırladaq ki, mərasimdən əvvəl “Qızıl top”un rəsmi saytında texniki xəta səbəbindən qaliblərlə bağlı yanlış paylaşımlar edilmişdi.
No Comment! Be the first one.