Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək – Hökm oxundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məhkəmə hökmü oxunub. “Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.
hadiseler.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb. Məhkəmə tərəfindən Ramiz Ənvər oğlu Mehdiyevin bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib. Eyni zamanda, onun bütün əmlakının müsadirə olunduğu bildirilir.
No Comment! Be the first one.