Bu şəxslərə “ChatGPT”qadağan olundu
İsveç hökumətinin əməkdaşları həssas məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə iş kompüterlərində “ChatGPT” və “Claude” süni intellekt alətlərindən istifadəni dayandıracaqlar.
hadiseler.info xəbər verir ki, hökumətin açıqlamasında 2026-cı ilin əvvəlində aparılan araşdırmanın dövlət qurumlarında süni intellekt platformalarından istifadənin bəzi hallarda problem yarada biləcəyini üzə çıxardığı bildirilib.
Məxfi və həssas məlumatların emalı zamanı təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyan qərara əsasən, dövlət qulluqçularının süni intellekt alətlərindən yalnız daha sərt nəzarət və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə etməsinə icazə veriləcək. Məhdudiyyətlərin bu həftədən etibarən qüvvəyə mindiyi qeyd olunur. Həmçinin Vergi Agentliyində və Milli Qayğı Şurasında da sözügedən platformaların istifadəsinə məhdudiyyətlər tətbiq edilib.
No Comment! Be the first one.