Tərtər rayonunun atəşə tutulmasından 6 il ötür
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutmaqda davam edib.
hadiseler.info xatırladır ki, 2020-ci il oktyabrın 28-də Tərtər rayonunun ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb. Həmin gün rayon ərazisinə “Qrad” yaylım atəşli reaktiv sistemlərindən və haubitsalardan zərbələr endirilib.
Humanitar atəşkəs rejiminin kobudcasına pozulması və mülki əhali üçün ciddi təhlükə yaratması ilə müşayiət olunan bu hücumlar nəticəsində yaşayış məntəqələrinə və mülki infrastruktura külli miqdarda ziyan dəyib. Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə Tərtər rayonu düşmənin ən çox artilleriya və raket hücumlarına məruz qalan bölgələrdən biri olub.
No Comment! Be the first one.