Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Azərbaycanda ümumi təhsil müəssisələrində şagirdlərin yerdəyişməsi prosesinin vaxtı məlum olub.
hadiseler.info xəbər verir ki, noyabrın 4-ü saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, noyabrın 5-i saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirişə əsasən, proses www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir. İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə ilə bağlı Agentliyin və yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Vətəndaşlara Xidmət Mərkəzinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
No Comment! Be the first one.