Prezident İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq
Prezident İlham Əliyev Bakıda keçirilən FIFA U-15 yarışının finalçılarını mükafatlandıracaq, xarici işlər naziri Ceyhun Bayramov isə Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Azərbaycanı təmsil edəcək.
hadiseler.info xəbər verir ki, dövlət başçısının əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən TDT-nin Zirvə görüşünə qatılmaq imkanı olmayıb.
Oktyabrın 30-da Prezident İlham Əliyev Bakıda tarixdə ilk dəfə təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalının final oyunundan sonra qalibləri mükafatlandıracaq. Həmin tarixdə turnirin final matçı və rəsmi bağlanış mərasimi baş tutacaq.
Prezidentin tapşırığına əsasən, TDT-nin Zirvə görüşündə ölkəmizi xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Eyni zamanda, sammit çərçivəsində baş tutacaq digər tədbirlərdə də Azərbaycan nümayəndə heyəti fəal iştirak edəcək.
No Comment! Be the first one.