Məktəbdə jurnalistlərə hücumla bağlı 3 nəfərə cinayət işi açıldı
Paytaxtın Yasamal rayonundakı orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
hadiseler.info DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib. Məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında yaranan qarşıdurma zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
No Comment! Be the first one.