Sumqayıtda “Nissan” markalı avtomobil yandı-VİDEO
Sumqayıt şəhərində minik avtomobilində yanğın baş verib.
hadiseler.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Belə ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində alov qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus “Nissan” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi isə yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
No Comment! Be the first one.