Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilir.
hadiseler.info xəbər verir ki, ölkə daxilində yerli vaxtla saat 7:00-da 12 mindən çox seçki məntəqəsi açılıb və 6,6 milyon seçicinin səs verə biləcəyi bildirilir. Xaricdə daimi yaşayan və ya səyahət edən vətəndaşlar üçün isə 60 ölkədə əlavə seçki məntəqələri fəaliyyət göstərir.
Prezident vəzifəsi uğrunda İliana Yotova və Andrey Qyurov, vitse-prezidentlik üçün isə Kiril Vılçev və Georgi Kandev mübarizə aparırlar. Qeyd edək ki, ümumilikdə 27 nəfərin qatıldığı yarışda dövlət başçısı xalq tərəfindən 5 illiyə seçilir və ardıcıl iki müddətdən artıq bu vəzifəni tuta bilməz.
Səsvermənin ilk qeyri-rəsmi nəticələrinin məntəqələr bağlandıqdan sonra – saat 20:00-da açıqlanması, rəsmi nəticələrin isə noyabrın 4-dən gec olmayaraq elan edilməsi gözlənilir.
No Comment! Be the first one.