Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” səhnə əsəri nümayiş olunub.
hadiseler.info xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və ailə üzvləri tamaşanı izləyənlər arasında olublar.
Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən “Wadi AlFann” mədəniyyət məkanının sifarişi ilə hazırlanan bu əsər çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın son yaradıcılıq işidir. O, layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Müasir rəqs və klassik hind rəqsinin elementlərini birləşdirən tamaşada qadınlar bir gecəlik bir araya gələrək keçmiş nəsillərin ruhlarını oyadır, müqəddəs mərasimlər və ortaq xatirələr vasitəsilə zaman sərhədlərini aşaraq mənəvi yenilənmə yaşayırlar.
Əl-Ulanın qədim mifləri və təbiət mənzərələrindən ilhamlanan layihənin musiqisi Aditya Prakaş tərəfindən bəstələnib, vizual dünyası isə rəssam Mənal Əl-Dovayan tərəfindən ənənəvi sənətkarlıqla müasir formaların sintezi əsasında yaradılıb.
No Comment! Be the first one.