“Dünya” qəzetinin sahibi barəsində qərar verilib
Türkiyənin tanınmış “Dünya” qəzetinin sahibi Umut Güner ev dustaqlığı və ölkədən çıxış qadağası şərtləri ilə məhkəmə nəzarətinə buraxılıb.
hadiseler.info xəbər verir ki, Umut Güner İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarlarında əməliyyatlarla bağlı apardığı fond araşdırması çərçivəsində saxlanılmışdı.
Aparılan araşdırma çərçivəsində onun həbsdə saxlanılmasına son qoyulub və məhkəmə nəzarəti tədbiri kimi ev dustaqlığı ilə yanaşı, ölkədən çıxışına qadağa qoyulub. O, istintaq müddəti ərzində bu şərtlərə əməl etməlidir.
Xatırladaq ki, Umut Güner 2024-cü ilin yanvarında nəşrin imtiyaz sahibliyini Didem Demirkentdən təhvil alaraq “Dünya” qəzetinin sahibi olub. O, həmçinin keçmişdə “Beşiktaş” klubunun rəhbərliyində də müxtəlif vəzifələrdə çalışıb.
No Comment! Be the first one.