Ədəbiyyatşünas-alim Qurban Bayramov vəfat edib
Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Bayramov 80 yaşında dünyasını dəyişib.
hadiseler.info xəbər verir ki, bu barədə məlumatı alimin ailə üzvləri təsdiqləyiblər.
Qeyd edək ki, Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirən alim 1972-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Qurban Bayramov Səməd Vurğun, İlyas Əfəndiyev və digər görkəmli ədiblərin yaradıcılığına həsr olunmuş “Vurğun poeziyası”, “Lirik qəhrəman və zaman” kimi bir çox dəyərli elmi əsərlərin müəllifi idi.
No Comment! Be the first one.