Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Daxili Siyasət

Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib

Noyabr 3, 2026
31 Views

hadiseler.info xəbər verir ki, Konstitusiya Məhkəməsində Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları üçün nəzərdə tutulmuş “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda təlim proqramının başlanması ilə əlaqədar tədbir keçirilib.

Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək iştirakçıları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini, xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olduğunu bildirib.

Həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edən Fərhad Abdullayev üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin, azadlıq və suverenliyimizin rəmzi kimi Vətənimizin hər bir guşəsində qürurla dalğalanmasının xalqımızın tarixi qələbəsinin və əbədi dövlətçilik iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb.

Sonra sədr rəqəmsal texnologiyaların sürətli inkişafının dövlət idarəçiliyində yaratdığı yeni imkanlar, idarəetmə proseslərinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də dövlət qulluqçularının rəqəmsal bilik və bacarıqlarının artırılmasının aktuallığı ilə bağlı fikirllər səsləndirib. Habelə süni intellekt texnologiyalarının dövlət orqanlarının fəaliyyətində tətbiqinin perspektivləri, bu sahədə mövcud imkanlar və çağırışlar barədə fikirlərini bölüşüb.  

DİA-nın rektoru, akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor tədbir iştirakçılarını əlamətdar günlər münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri kimi daim ehtiramla xatırlanacağını vurğulayıb, üçrəngli Dövlət Bayrağımızın xalqımızın azadlıq, müstəqillik və milli həmrəylik ideallarını özündə ehtiva etdiyini bildirib.  

Daha sonra akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyində süni intellekt və rəqəmsallaşma” mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub.

Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarəolunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil edilib. Proqram çərçivəsində rəqəmsal transformasiya, proaktiv idarəetmə, data analitikası, süni intellekt metodları, dövlət informasiya sistemləri və rəqəmsal infrastrukturun təhlükəsizliyi kimi aktual mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.  

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək 

Next

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Next
Noyabr 3, 2026

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək

Previous
Noyabr 3, 2026

ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək 

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Daxili Siyasət
Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər Tağını ziyarət ediblər 
Ayla
Noyabr 8, 2026
Daxili Siyasət
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ayla
Noyabr 7, 2026
Daxili Siyasət
“Tut əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə şənlik keçirilib  
Ayla
Noyabr 7, 2026
Daxili Siyasət
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib  
Ayla
Noyabr 7, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya