“Collins” lüğəti 2026-cı ilin sözünü açıqladı
Böyük Britaniyada nəşr olunan nüfuzlu “Collins” ingilis dili lüğəti 2026-cı ilin sözünü elan edib.
hadiseler.info xəbər verir ki, lüğətin tərtibatçıları tərəfindən ilin sözü olaraq “mogging” (“moqqinq”) ifadəsi seçilib.
Mütəxəssislərin izahatına görə, “mogging” kimisə və ya nəyisə kölgədə qoymaq, yaxud ondan üstün olduğunu nümayiş etdirmək məqsədilə edilən hərəkəti ifadə edir. Bu sözün gənclər arasında işlədilən və “qrupun alfa erkəyi” mənasını verən AMOG (Alpha Male Of the Group) jarqon abbreviaturasından yarandığı ehtimal olunur.
“Collins” lüğətinin məlumatına əsasən, “mogging” termini xüsusilə “Z nəsli” və “Alfa nəsli”nin nümayəndələri tərəfindən getdikcə daha çox yumoristik və istehzalı mənada işlədilir.
Qeyd edək ki, ilin sözü seçilmək üçün tərtib edilən qısa siyahıya “carspreading” (avtomobildə həddindən artıq yer tutmaq), “manchesterism”, “firewave” (odlu dalğa), “ghost jobs” (saxta vakansiyalar) və digər maraqlı ifadələr də daxil edilmişdi. Xatırladaq ki, “Collins” lüğəti 1979-cu ildən nəşr olunur və ötən il – 2025-ci ildə “vibecoding” (“vaybkodinq”) terminini ilin sözü seçmişdi.
No Comment! Be the first one.