Qara dənizdə Türkiyə gəmisi qəzaya uğradı
Rumıniya sahillərində Qara dənizdə Türkiyə bayrağı altında üzən yedək gəmisi qəzaya uğrayıb.
hadiseler.info xəbər verir ki, Rumıniya Daxili İşlər Nazirliyi Qara dənizdə Neptun kurort qəsəbəsi yaxınlığında baş verən insidentlə əlaqədar göyərtəsində 7 türk dənizçisi olan gəminin heyətinin xilas edilməsi üçün genişmiqyaslı əməliyyat həyata keçirib.
Məlumata əsasən, hadisə səhər saat 04:20 radələrində baş verib. Türkiyənin “Ayaz Bey” və “Ramazan Bey” adlı iki yedək gəmisi Ukrayna sularında – Odessa limanı yaxınlığında əvvəllər zədələnmiş Antiqua və Barbuda bayrağı altında üzən “Mentor” gəmisini Türkiyəyə yedəkləyirmiş. Hadisə zamanı yedəyə alınan gəmidə heyət üzvü olmayıb.
Gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən gəmilər arasındakı yedək trosları qırılıb. Troslar sonradan bərpa edilsə də, güclü tufan və sərt hava şəraiti fonunda “Ayaz Bey” yedək gəmisi “Mentor” gəmisi ilə toqquşub və nəticədə beynəlxalq qəza siqnalı verilib.
No Comment! Be the first one.