Bakı metrosunun əsas stansiyalarından biri yenidən qurulacaq
Bakı Metropoliteninin “qırmızı xətt”i üzrə fəaliyyət göstərən “Həzi Aslanov” stansiyasında əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.
hadiseler.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev açıqlayıb.
O bildirib ki, “Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən, 2030-cu ilə qədər “yaşıl xətt”in şərti adı “Y-17” olan, “Həzi Aslanov-2” metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir. Həmin stansiya istifadəyə verildikdən sonra “Həzi Aslanov” stansiyasında yenidənqurma və əsaslı təmir işlərinə başlanılacaq.
No Comment! Be the first one.