Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Hadisələr.info
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
2M
3K
420K
Hadisələr.info
Hadisələr.info
Quick Access
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Instagram
Youtube
X
  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya
Son dəqiqə
Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Ərdoğan Azərbaycana səfərə gəlib
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Biznes

Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir

Noyabr 6, 2026
17 Views

hadiseler.info xəbər verir ki, Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin tətbiqi qaydalarının dəyişdirilməsi təklif olunur.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Xatırladaq ki, “Dərman vasitələri haqqında” qanunun 15 avqust 2023-cü ilədək qüvvədə olan redaksiyasına əsasən, dövlət qeydiyyatına alınmış dərmanların tənzimlənmədən və ya müəyyən edilmiş qiymətlərdən yuxarı satılması qadağan idi. 2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin müəyyənləşdirilməsi təsbit edilib. Tarif (qiymət) Şurasının 15 sentyabr 2023-cü il tarixli qərarı ilə də təsdiq etdiyi topdan və pərakəndə satış qiymətləri yuxarı hədd kimi müəyyənləşdirilib. Beləliklə, dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan yaradılıb.

Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür. Təklif olunur ki, dərman vasitələrinin Şuranın müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satılması zamanı bazar qiymətinin hesablanmasında Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınsın. Bu məqsədlə Məcəllənin 14.10-cu maddəsinin təkmilləşdirilməsi zəruri hesab olunur.

Share Article

Follow Me Written By

Ayla

Other Articles

Previous

Azərbaycanda alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir

Next

Prezident və birinci xanım Cəbrayıla gediblər

Next
Noyabr 6, 2026

Prezident və birinci xanım Cəbrayıla gediblər

Previous
Noyabr 6, 2026

Azərbaycanda alternativ enerji fəaliyyətinə xüsusi icazə verilməsi üçün dövlət rüsumu ləğv edilir

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Digər Xəbərlər

Biznes
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib 
Ayla
Noyabr 7, 2026
Biznes
Azərbaycan Surinamla ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib
Ayla
Noyabr 6, 2026
Biznes
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Ayla
Noyabr 6, 2026
Biznes
Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək  
Ayla
Noyabr 5, 2026

Hadisələr.info — Azərbaycan və dünyada baş verən ən son hadisələr, operativ xəbərlər və aktual gündəm bir ünvanda.

 

Xəbər xətti

Kədxudayi: Hörmüz boğazı İranın milli təhlükəsizliyi ilə bağlıdır
Noyabr 8, 2026
Ərdoğan Azərbaycana səfərə gəlib
Noyabr 8, 2026
Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
Noyabr 8, 2026

Top kateqoriyalar

Dünya 1184
Siyasət 645
Hadisə 618
Cəmiyyət 353

© 2026 hadiseler.info— Bütün hüquqlar qorunur.

  • Rəsmi
  • Maliyyə
  • Sağlamlıq
  • Elm və Təhsil
  • İdman
  • Kriminal
  • Maraqlı
  • Sosial
  • Maqazin
  • Texnologiya