Deputat:“Kuryerlər də vergi rejiminə cəlb olunsunlar”
Kuryer fəaliyyətində vergi güzəştlərinin tətbiqi və bu sahənin tənzimlənməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
hadiseler.info xəbər verir ki, deputat Azər Badamov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və bir neçə qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı bu sahədə yeni mexanizmlərin zəruriliyindən danışıb.
Deputat qeyd edib ki, hazırda kuryer fəaliyyəti ilə məşğul olan şəxslərə 15 manat sadələşdirilmiş vergi müəyyənləşdirilir. Lakin kuryerlərin gəlirlərinin eyni olmadığını vurğulayan A.Badamov onların taksi fəaliyyəti ilə məşğul olanlar kimi vergiyə cəlb olunmasını təklif edib:
“Yaxşı olardı ki, kuryerlər də taksi fəaliyyəti ilə məşğul olanlar kimi 1%-lik vergi rejiminə cəlb olunsunlar. Çünki kuryerlərin hamısının gəlirləri eyni olmur. Onlar həm də danışıq ödənişləri ilə məşğul deyillər. Kuryerlər fəaliyyətlərini platformalar vasitəsilə həyata keçirdikləri üçün onların iş rejiminin tənzimlənməsi və gəlirlərinin ödənilməsi də həmin platformalar üzərindən daha rahatdır”, – deyə deputat əlavə edib.
No Comment! Be the first one.