Emin Mahmudov karyerasını bitirir
Azərbaycan yığmasının kapitanı və yarımmüdafiəçisi Emin Mahmudov milli komandadakı karyerasını başa vurmaq qərarına gəlib.
hadiseler.info xəbər verir ki, təcrübəli futbolçu noyabrın 17-si səfərdə Andorraya qarşı keçiriləcək görüşdə sonuncu dəfə milli komandanın formasını geyinəcək. Bu barədə Azərbaycan milli komandasının rəsmi səhifəsi məlumat yayıb.
Xatırladaq ki, Emin Mahmudov 16 qolla Azərbaycan yığmasının tarixinin ən məhsuldar futbolçusudur. O, milli formanı ümumilikdə 65 dəfə geyinib.
No Comment! Be the first one.