Husilər Səudiyyə Ərəbistanının paytaxtına hücum etdi
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri ölkənin paytaxtı Ər-Riyad istiqamətində atılan raketi məhv edib.
hadiseler.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, hücum Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatı (husilər) tərəfindən həyata keçirilib. Ər-Riyad istiqamətinə buraxılan raket hava hücumundan müdafiə qüvvələrinin vaxtında sərras cavab tədbiri nəticəsində zərərsizləşdirilib.
No Comment! Be the first one.