Sabah leysan olacaq – Hava ilə bağlı XƏBƏRDARLIQ
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
hadiseler.info Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var, həmçinin şimal-qərb küləyi güclənəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 75-85 faiz olacaq.
Azərbaycanın bölgələrində də hava şəraitinin arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Yağıntıların axşam tədricən kəsiləcəyi, bəzi yerlərdə duman müşahidə olunacağı ehtimal edilir. Mülayim qərb küləyi arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda isə gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
No Comment! Be the first one.