Şuşa DOST filialında 3300-dək vətəndaşa xidmət göstərilib – Məmnunluq səviyyəsi 99,9 faizdir
2024-cü ilin iyul ayında Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialının açılması işğaldan azad edilmiş ərazilərimizdə də DOST xidmətləri şəbəkəsinin qurulması istiqamətində növbəti mühüm addım olub.
hadiseler.info xəbər verir ki, ötən dövrdə filialda 3300-dək vətəndaşa müvafiq xidmətlər göstərilib. Vətəndaşların müraciətləri əsasən pensiya və müavinət, sosial xidmət, məşğulluq, eləcə də əlillik məsələlərini əhatə edib.
Məlumatda bildirilir ki, Şuşa DOST filialında göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 99,9 faiz təşkil edib.
No Comment! Be the first one.