Ərdoğan Azərbaycana səfərə gəlib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.
hadiseler.info “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə liderini səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.
Səfər heyətində Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmi şəxslər yer alıblar.
Qeyd edək ki, səfər çərçivəsində Qarabağda Türkiyə və Azərbaycan prezidentlərinin təkbətək görüşünün keçirilməsi nəzərdə tutulub.
No Comment! Be the first one.