Göygöldə kuryer qəzaya düşdü: Motosikletlə “Mercedes” toqquşdu
Göygöl rayonunda yaralanma ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisələr.info Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
İlkin məlumatlara əsasən, 2003-cü il təvəllüdlü Nicat Məmmədovun idarə etdiyi motosiklet “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Dəhşətli toqquşma nəticəsində kuryer fəaliyyəti ilə məşğul olan motosiklet sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən ona ilk tibbi yardım göstərildikdən sonra müalicəsi stasionar şəraitdə davam etdirilir.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq təhqiqat işlərinə başlanılıb.
No Comment! Be the first one.