PSJ-dən Arda Güler üçün astronomik təklif: 115 milyon avro!
Fransanın PSJ klubu “Real Madrid”də çıxış edən Türkiyə millisinin gənc ulduzu Arda Güler üçün böyük məbləğdə transfer təklifi hazırlayıb.
Hadisələr.info “Haber Global”a istinadən
xəbər verir ki, İspaniyanın “Fichajes” nəşrinin yaydığı məlumata görə, Paris təmsilçisi Arda Güler üçün Madrid klubuna tam 115 milyon avro təklif edib.
Xəbərdə qeyd olunur ki, Arda Güler “Real Madrid” üçün gələcək vədi edən vacib oyunçulardan biri sayılsa da, zamanında “Fənərbaxça”dan 20 milyon avroya transfer edilən futbolçunun 115 milyon avroya satılması fikri klub daxilində ciddi müzakirələrə səbəb olub.
PSJ-nin ilk mənfi cavab alacağı təqdirdə belə, maliyyə resurslarından istifadə edərək bu transferdə israrlı olacağı və Madrid təmsilçisinin mövqeyini dəyişməyə çalışacağı bildirilir.
No Comment! Be the first one.