Messinin atasının vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq
Argentina Futbol Assosiasiyası (AFA) rəsmi saytında dünya şöhrətli futbolçu Lionel Messinin atası Xorxe Messinin xatirəsinə həsr olunmuş mətbuat açıqlaması yayımlayıb.
Hadisələr.info xəbər verir ki, bildirişə əsasən, ölkədə növbəti tur çərçivəsində keçiriləcək bütün peşəkar liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq. Həmçinin matçlar zamanı hakimlər, məşqçilər və futbolçular qara qolbaq taxacaqlar.
Qeyd edək ki, ömrünün son aylarında ağır və sağalmaz xəstəlikdən əziyyət çəkən Xorxe Messi avqustun 8-də vəfat edib.
No Comment! Be the first one.