Elvin Cəfərquliyevin MRT müayinəsinin nəticəsi bəlli oldu
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi açıqlanıb.
hadiseler.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat verilib.
“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, – deyə klubun açıqlamasında vurğulanıb.
Qeyd edək ki, E.Cəfərquliyev UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilən “Dinamo” – “Qarabağ” matçında zədələnərək oyunun 75-ci dəqiqəsində məcburi şəkildə əvəzlənmişdi.
Xatırladaq ki, avqustun 6-da “Lublin Arena”da baş tutan qarşılaşma “Dinamo”nun 1:0 hesablı minimal qələbəsi ilə başa çatmışdı.
No Comment! Be the first one.