Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu dəfn olundu
Əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
hadiseler.info xəbər verir ki, əvvəlcə “Təzə Pir” məscidində merhumla vida mərasimi təşkil olunub. Vida mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin nümayəndələri, şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin müavini Fərid Cəfərov şairin yarım əsrlik zəngin ədəbi fəaliyyətinin gələcəkdə ciddi araşdırma mənbəyi olacağını vurğulayıb. Xalq yazıçısı Anar Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb. Yazıçı Seyran Səxavət isə onun unikal poetik düşüncəyə malik sənətkar olduğunu diqqətə çatdırıb.
Mərasimin sonunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev iştirakçılara minnətdarlığını bildirib. Vida mərasimindən sonra mərhum şair son mənzilə yola salınaraq “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Çingiz Əlioğlu avqustun 9-u səhər saatlarında vəfat etmişdi.
No Comment! Be the first one.