Azərbaycan Premyer Liqasında yeni mövsümün təqvimi bəlli oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün I turunun oyun cədvəli rəsmən açıqlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini və “Kəpəz” klubunun razılıq məktubunu nəzərə alan PFL, təmsilçimizin beynəlxalq arenadakı çıxışını dəstəkləmək məqsədilə bu komandalar arasında birinci və ikinci dövrədəki oyunların yerini dəyişdirib.
I turun oyun cədvəli:
14 avqust (cümə)
- “Turan Tovuz” – “Qəbələ” Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
- “Araz-Naxçıvan” – “İmişli” Qəbələ şəhər stadionu, 18:30
- “Sabah” – “Kəpəz”
- “Bank Respublika Arena”, 20:45*
16 avqust (bazar)
- “Sumqayıt” – “Neftçi” “SOCAR Polymer Arena”, 19:00
- “Zirə” – “Şəfa” Zirə İdman Kompleksinin stadionu, 21:00
17 avqust (bazar ertəsi)
- “Qarabağ” – “Şamaxı” Tofiq Bəhramov adına Respublika stadionu, 19:30
Qeyd edək ki, çempionatın açılış həftəsi münasibətilə I turun bütün qarşılaşmaları Azərbaycan Respublikasının Dövlət Himni ilə start götürəcək.
No Comment! Be the first one.