Ağadadaş Salyanski “Araz-Naxçıvan”a transfer olundu
“Araz-Naxçıvan” növbəti transferini rəsmiləşdirərək “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.
hadiseler.info bildirir ki, 22 yaşlı forvard “qırmızı-ağlar”ın şərəfini icarə əsasında qoruyacaq. Tərəflər arasında imzalanan müqavilə 1 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, muxtar respublika təmsilçisi yeni mövsüm öncəsi heyətini ciddi şəkildə gücləndirib. “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiç kimi futbolçularla da müqavilə bağlayıb.
No Comment! Be the first one.