“Şıxov”da iki qadın dənizdə boğuldu – YENİLƏNİB
Bakının Qaradağ rayonu, Şıxov çimərliyi yaxınlığında iki qadının dənizdə batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
hadiseler.info xəbər verir ki, insident Lökbatan qəsəbəsi ərazisində, ən yaxın xilasetmə məntəqəsindən 700 metr aralıda – nəzarətsiz dəniz sahəsində qeydə alınıb.
Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib. Keçirilən axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Qurbanova Ziyafət Kamal qızının və 1986-cı il təvəllüdlü Məmmədova Nurlana Muradxan qızının meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
No Comment! Be the first one.