Sürücü sükan arxasında dünyasını dəyişdi
Sumqayıt şəhərində sükan arxasında qəfil səhhəti pisləşən sürücü həyatını itirib.
hadiseler.info xəbər verir ki, bədbəxt hadisə avqustun 9-u saat 14 radələrində Sumqayıt şəhərinin “Qurd dərəsi” bağları yaşayış sahəsində qeydə alınıb.
Şəhər sakini, 1965-ci il təvəllüdlü Çingiz Həmdulla oğlu Bayramov idarə etdiyi “BYD” markalı 77-NO-487 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən ürək çatışmazlığından vəfat edib.
No Comment! Be the first one.