Valdas Dambrauskas: “Məqsədimiz azarkeşlərimiz önündə qalib gəlməkdir”
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
hadiseler.info bildirir ki, litvalı mütəxəssis doğma meydanda qələbə qazanmaq əzmində olduqlarını bildirib:
“Rəqib komandaya Bakıda xoş gəldiniz deyirəm. İnanıram ki, sabah çox maraqlı və həyəcanlı bir oyunun şahidi olacağıq. Lakin unutmamaq lazımdır ki, biz ev sahibi komandayıq. Azarkeşlərimizin güclü dəstəyini arxamızda hiss edəcəyimizə əminəm. İlk matçdakı 1 qolluq fərqi aradan qaldıracağıq. Görüşün sonunda əldə etdiyimiz nəticə ilə fəxr edən tərəf olmaq istəyirik”.
No Comment! Be the first one.