Sirkə turşusundan zəhərlənən 2 nəfər vəfat etdi
Ağsu və Ucar rayonlarında sirkə turşusundan zəhərlənmə nəticəsində iki nəfər dünyasını dəyişib.
hadiseler.info Bakıvaxtı.az saytına istinadən xəbər verir ki, ilk hadisə Ağsunun Muradlı kəndi ərazisində qeydə alınıb. Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Ruslan Qurbanov avqustun 9-da zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, avqustun 10-da orada vəfat edib.
Digər hadisə isə Ucar rayonunda baş verib. Zərdab rayon sakini, 1986-cı il təvəllüdlü Vüsalə İmanova qardaşının Ucardakı evində sirkə turşusundan zəhərlənib. Xəstəxanaya çatdırılan V. İmanovanın da həyatını xilas etmək mümkün olmayıb.
Hər iki faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.