Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
Abşeron yarımadasının çimərliklərində avqustun 12-də gözlənilən hava şəraiti və dəniz suyunun temperaturu bəlli olub.
hadiseler.info bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, çimərliklərdə arabir mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu isə bölgələr üzrə aşağıdakı kimi təşkil edəcək:
Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba): 25–26° isti;
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx): 26–28° isti.
No Comment! Be the first one.