İçərişəhərdə tarixi binanın divarına yazı yazılması məsələsi nəzarətə götürülüb
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi binanın fasadına yazıların yazılması ilə bağlı yayılan görüntülərə rəsmi münasibət bildirib.
hadiseler.info xəbər verir ki, İdarədən verilən açıqlamada bu kimi hallara dünyanın müxtəlif şəhərlərində rast gəlindiyi qeyd olunub.
Açıqlamada bildirilib: “Yazıların olduğu səth istənilən vaxt təmizlənə və yenidən rənglənə bilən hissədir və bu yazılar tarixi irsə fiziki zərər vurmur. Dünyanın müxtəlif şəhərlərində bu kimi hallar müşahidə olunur. Bu baxımdan, müəyyən edilmiş səth çərçivəsində yaranan spontan yazılara bir növ ‘Art Wall’ – xatirə və ifadə divarı kimi yanaşmaq mümkündür”.
Bununla belə, abidələrə, qədim daşlara və autentik memarlıq elementlərinə hər hansı müdaxilənin yolverilməz olduğu və məsələnin ciddi nəzarətdə saxlanıldığı vurğulanıb.
Məlumata görə, hazırda məsələ polis və digər aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb. Binanın əsas yola çıxan fasad hissəsi isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən təmizlənərək neqativ hal aradan qaldırılıb.
No Comment! Be the first one.