UEFA Çempionlar Liqası: “Sabah” “Orhus”la matçda böyük hesablı qələbə qazanır
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Orhus” (Danimarka) cavab matçında növbəti qol vurulub.
hadiseler.info Report-a istinadən xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da təşkil olunan qarşılaşmada ev sahibləri hesab arasındakı fərqi 3:0-a çatdırıblar.
Oyunun ilk hissəsi 0:0 hesabı ilə başa çatsa da, ikinci hissədə “Sabah” üstünlüyü tamamilə ələ alıb. 58-ci dəqiqədə Velko Simiç hesabı açıb (1:0), 67-ci dəqiqədə Stiv Solvet başla dəqiq zərbə endirərək fərqi artırıb (2:0). 78-ci dəqiqədə isə Coy-Lens Mikels komandasının üçüncü qolunu rəqib qapısından keçirib (3:0).
Fransalı FIFA referisi Villi Delajonun idarə etdiyi matç davam edir. Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilmiş ilk oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.



No Comment! Be the first one.