Rusiyanın Çita şəhərində fövqəladə vəziyyət elan olundu
Rusiyanın Çita şəhərində intensiv yağışların ardınca yaşayış evlərinin və həyətyanı sahələrin su altında qalması səbəbindən fövqəladə vəziyyət (FV) rejiminə keçilib.
hadiseler.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İnna Şeqlova məlumat açıqlayıb.
Şəhər rəhbəri bildirib ki, güclü yağıntıların törətdiyi fəsadlarla bağlı Fövqəladə Hallar üzrə Komissiyanın operativ iclası keçirilib və Çita ərazisində “Fövqəladə vəziyyət” rejiminin tətbiqinə qərar verilib.
Tətbiq edilən rejim çərçivəsində su basmış küçə və yollardan suyun çəkilməsi, kollektorların təmizlənməsi, eləcə də su altında qalmış evlərin və ərazilərin dezinfeksiya olunması istiqamətində işlər aparılır. Dəymiş ziyanı qiymətləndirmək və torpaq sahələrinə baxış keçirmək məqsədilə xüsusi komissiyalar fəaliyyətə başlayıb.
No Comment! Be the first one.