Respublikanın bəzi bölgələrində intensiv və güclü leysan yağır – Faktiki hava
Ölkə ərazisində hava şəraiti dəyişib, bəzi rayonlarda şimşək çaxır və intensiv yağış yağır.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 16:00-a olan məlumatına əsasən, ayrı-ayrı bölgələrdə yağıntılar leysan xarakterli və güclüdür.
Hazırda Bakı və Abşeron yarımadası ilə yanaşı, Şamaxı, İsmayıllı, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Qusar, Qrız, Şahdağ və digər dağlıq-dağətəyi ərazilərdə aralıqla yağış yağır, şimşək çaxır.
No Comment! Be the first one.